“Qarabağ”ı “Napoli” ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

“Qarabağ” komandasını İtaliyada “Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a “köhlən atlar”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

“Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq”, – klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, saat 00:00-da start götürəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki