image-qarabag_fk_2025_____backend

“Qarabağ” “İmişli”ni məğlub etdi

Misli Premyer Liqasının XX turuna start verilib.

Referans Media xəbər verir ki , “Qarabağ” Qubada “İmişli” ilə qarşılaşıb.

Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi qələbə qazanıb – 1:0.

Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı İmişli təmsilçisinin qapısından keçirib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qarabağ” bu nəticədən sonra xallarının sayını 45-ə yüksəldib. “İmişli” isə 19 xalla doqquzuncudur.

Günün son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. “Zirə” “Karvan-Yevlax”ı qəbul edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki