Azərbaycan derbisi təxirə salına bilər.
Referans Media bildirir ki, “Qarabağ”ı fevral ayında çox ağır qrafik gözləyir.
Çempionlar Liqasının pley-off mərhələsində ilk olaraq 17 fevral Bakıda “Nyukasıl”ı qonaq edəcək “köhlən atlar” 24 fevralda İngiltərəyə səfər etməli olacaq.
20-22 fevral günlərindən birində isə Ağdam klubunu Premyer Liqada “Neftçi” ilə matç gözləyir.
Oyun qrafikindəki sıxlığı nəzərə alan klub “ağ qaralar”la görüşün təxirə salınmasını müzakirə edi.(mənbə:sportinfo)
