“Qarabağ”ın oyununun biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyununun biletləri bu gün saat 17:00-dan etibarən satışdadır.

Referans Media xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 17:00-dan etibarən “iTicket.az”-da onlayn, oyun günü isə həm “iTicket.az”-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki