“Qarabağ” – “Sabah” matçının biletləri satışda

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gün saat 15:00-dan satışda olacaq.

Referans Media  xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.

Biletlər iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” xanım azarkeşlər üçün girişi pulsuz edib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki