image-qarabagggggggggbackend

“Qarabağ” üçün bir gündə iki sınaq

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.

Referans Media  xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Ağdam təmsilçisi bu gün Polşanın “Zaqlebye” klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni 5:0 hesabı ilə məğlub etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki