image-qebele-fkbackend

“Qəbələ” “Araz Naxçıvan”a QALİB GƏLDİ

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.

Referans Media  xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.

Qeyd edək ki, “Qəbələ” ilk hazırlıq matçında “Kəpəz”ə qalib gəlib (3:1). “Araz-Naxçıvan” isə klubun əvəzedici komandasını 7:0 hesabı ilə məğlub edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki