“Qəbələ” Naxçıvan təmsilçisinə məğlub oldu

“Qəbələ” Misli Premyer Liqasının III turunda səfərdə “Araz-Naxçıvan”a məğlub olub.

Referans xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Elmar Baxşıyevin rəhbərlik etdiyi komandada Ba-Muaka Simakala (30-cu dəqiqə) və Felipe Santos (33-cü dəqiqə) fərqlənib. “Qəbələ”nin yeganə qolunu Adriel Ba Loua (9-cu dəqiqə) rəqib qapısından keçirib.

Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində “Turan Tovuz” “Neftçi”ni (1:0), “Zirə” “Kəpəz”i (5:0) məğlub edib. “Sumqayıt” – “Şamaxı” görüşündə isə qalib müəyyənləşməyib – 1:1. Tura avqustun 31-də yekun vurulacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki