“Qəbələ”nin futbolçusu Eşqin Əhmədov karyerasını “Zirə”də davam etdirə bilər.
Referans Media xəbər verir ki, “qartallar” 20 yaşlı cinah müdafiəçisinin xidmətində maraqlıdır.
Yeni mövsüm üçün geniş heyət formalaşdırmaq istəyən baş məşqçi Rəşad Sadıqov futbolçunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, Əhmədov Azərbaycanın U-21 yığmasının da üzvüdür. O, başa çatan mövsümdə 34 oyuna çıxıb.
