Qəddafinin oğlu hücum zamanı 18 dəfə GÜLLƏLƏNİB

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın öldürülməsi ilə bağlı yeni detallar açıqlanıb. Referans Media Əl-Hədət televiziya kanalına istinadən xəbər verir ki, silahlı şəxslər Əz-Zintan şəhərində yerləşən evinə hücum zamanı Seyf əl-İslama 18 dəfə atəş açıblar.

Mənbələrin bildirdiyinə əsasən, hücumda dörd nəfər iştirak edib: iki silahlı şəxs birbaşa evə daxil olub, daha iki nəfər isə binanın kənarında keşik çəkib.

Televiziya kanalının iddiasına görə, hücum anında Seyf əl-İslam telefonla danışırmış. Bildirilir ki, onun silahdaşlarından biri planlaşdırılan hücum barədə əvvəlcədən xəbərdarlıq etsə də, bu, faciənin qarşısını almağa kifayət etməyib.ajans.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki