Qədr gecəsində təsbeh namazı necə qılınır?

Müsəlmanlar üçün xüsusi əhəmiyyət daşıyan Qədr gecəsi bu il 16 mart 2026-cı il tarixində qeyd olunur. İslam inancına görə, bu gecə Qurani-Kərim-in nazil olmağa başladığı gecədir və “min aydan daha xeyirli” sayılır. Bu səbəbdən möminlər həmin gecəni dua və ibadətlə keçirməyə çalışırlar.

Referans Media Türk mediasına istinadən xəbər verir ki, qədr gecəsində qılınan ibadətlərdən biri də təsbeh namazıdır. Bu namaz 4 rükətdən ibarət olur.

Təsbeh namazının qısa qılınma qaydası

Namaza “Allah rizası üçün təsbeh namazı qılmağa” niyyət edilir.

“Subhanəke” duasından sonra 15 dəfə “Subhanəllahi vəl-həmdülillahi və la ilahə illallahü vallahu əkbər” zikri deyilir.

Fatiha və surə oxunduqdan sonra həmin zikr 10 dəfə təkrar edilir.

Rüku, rükudan qalxdıqdan sonra və hər iki səcdədə də 10 dəfə bu zikr deyilir.

Beləliklə, hər rükətdə 75 dəfə, ümumilikdə isə 300 dəfə təsbeh oxunmuş olur.

Qeyd olunur ki, təsbeh namazı məkruh vaxtlarda qılınmır və səhv olduqda adi qaydada səcdəyi-səhv edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki