Qəzza böhranı dərinləşir: Avropadan kəskin reaksiya

7 Avropa ölkəsi Qəzza və ətrafına son hücumlara görə İsraili qınadı

“Referans MEDİA” bildirir ki, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Norveç, Sloveniya və İspaniya Qəzzanın müxtəlif bölgələrinin bombalanması ilə bağlı İsraili qınayan birgə bəyanat yayıblar.

Həmin ölkələrin xarici işlər nazirlikləri adından yayılan birgə açıqlamada bildirilib ki, İsrailin Qəzza və ətraf ərazilərdə həyata keçirdiyi, xüsusilə su, elektrik və rabitə xətlərinin kəsilməsinə səbəb olan, fələstinli mülki əhalini və məcburi köçkünləri hədəf alan hücumları BMT-nin səlahiyyətlərini sarsıdır, beynəlxalq hüququ pozur, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına ziddir və ciddi humanitar fəsadlar yaratmaq riski daşıyır.

Bəyanatda qeyd olunub ki, adıçəkilən 7 ölkə İsrail ordusunun son hücumlarını qətiyyətlə pisləyir və İsrailin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi (UNRWA) da daxil olmaqla, bölgədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların Qəzzadakı ağır humanitar vəziyyətin aradan qaldırılması istiqamətində gördüyü işlər üçün təhlükəsiz şərait yaratmağa borclu olduğu vurğulanır./Trthaber/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki