Qəzza zolağında İsrail ilə Fələstin İslamçı qrupu HƏMAS arasında münaqişə başlayandan sonra ilk dəfə Milad mərasimi keçirilib.
Mərasim məhdud miqyasda təşkil olunub.
Agentlik qaçqın Rami əl-Farrın sözlərini sitat gətirir. O bildirib ki, Milad bayramı sülhə olan ümidin ifadəsi kimi qeyd olunub və məqsəd köhnə bayram ab-havasını heç olmasa qismən bərpa etməkdir.
Rami əl-Farr qeyd edib ki, tədbir geniş şəkildə keçirilməsə də, əsas məqsəd müharibənin yaratdığı travmadan əziyyət çəkən uşaqlara az da olsa sevinc bəxş etməkdir.//globalinfo.az
