Qırğızıstanın bu şəhərinin adı dəyişdirilir

  Qırğızıstan Prezidenti Sadır Japarov Cəlal-Abad şəhərinin adının dəyişdirilməsi ilə bağlı qanunu imzalayıb.

Referans xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sənəd sentyabrın 10-da parlament tərəfindən qəbul edilib.

Məqsəd milli ideologiyanı gücləndirmək və Cəlal-Abada qırğız xalqını müxtəlif basqınlardan müdafiə edən qəhrəman, böyük Manasın adını verməkdir.

Qeyd olunur ki, qanun 10 gündən sonra qüvvəyə minir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki