“Qiyamət Radiosu”ndan bir gündə iki yeni siqnal

“Qiyamət Radio Stansiyası” (Doomsday Radio) kimi tanınan sirli UVB-76 radio stansiyası efirə qayıdıb və kodlaşdırılmış mesaj ötürüb.

Referans Media xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən “UVB-76 Logi” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, mesajlar fevralın 8-də efirdə aşağıdakı ardıcıllıqla səsləndirilib: “NZhTI 57875 BEGINNER 5460 1904.” Müşahidəçilər stansiyanın adi monoton siqnalına qarşı yayımı qeydə alıblar.

Qeyd edək ki, “UVB-76″nın son yayımı 5 fevralda olub. Uzun müddətdən sonra ilk dəfə olaraq stansiya bir gündə eyni vaxtda iki xəbər yayımlayıb. Saat 11:38-də “V’YUNOPEN”, saat 13:06-da isə “SUDBINA” sözü eşidildi.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki