Qızılın qiyməti ilk dəfə bu qədər ARTDI

  “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayında çatdırılacaq qızıl fyuçerslərinin qiyməti rekord səviyyəyə yüksəlib.

Referans.az   xəbər verir ki, ticarət platformasındakı son məlumatlara əsasən, qızılın bir trua unsiyasının dəyəri 4 255 dolları aşaraq tarixi maksimuma çatıb.

Bakı vaxtı ilə saat 08:00-a olan vəziyyətə görə, qiymət bir unsiya üçün 4 248 dollar səviyyəsində sabitləşib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki