Onun meyitini morqdan götürməyə heç bir qohumu gəlməyib. Mərhumun dostlarından biri olan Cəlal İsmayılov meyiti təhvil alaraq yas mərasiminin təşkilini öz üzərinə götürüb.
“Elşəni 4-5 ildir tanıyırdım. Aramızda yaxın münasibət var idi. Dünyasını dəyişəndə onu dəfn etməyi mənə vəsiyyət etmişdi”, – deyə Cəlal İsmayılov bildirib.
Referans Media bildirir ki, Baku TV-nin “Arzunun vaxtı” verilişinin budəfəki buraxılışı dünyasını dəyişən meyxanaçı Elşən Binəqədiyə həsr olunub.























