image-iran-riyali-cakildi-dolar-karsisinda-tarihi-dip-19791883_5053_ampbackend

Qonşu ölkədə devalvasiya şoku – Dolları olan milyonçu oldu

İranın milli valyutası rial dollar qarşısında kəskin ucuzlaşaraq tarixi minimuma düşüb.

Referans Media xəbər verir ki, məzənnə 1 dollar qarşılığında 1,8 milyon rial həddinə qədər geriləyib.

Maraqlıdır ki, fevralın sonunda başlayan müharibə dövründə rial nisbətən sabit qalsa da, atəşkəsdən sonra sürətlə dəyər itirməyə başlayıb. Son günlərdə müşahidə olunan bu kəskin eniş ölkədə iqtisadi narahatlıqları daha da artırıb.

Mütəxəssislər xəbərdarlıq edir ki, milli valyutanın zəifləməsi inflyasiyanı daha da sürətləndirəcək. Çünki İranda ərzaq, dərman, elektronika və xammal kimi bir çox əsas məhsul idxaldan asılıdır və dolların bahalaşması birbaşa qiymətlərə təsir edir.

Digər tərəfdən, ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası da iqtisadi təzyiqi gücləndirir. Bu addımlar İranın əsas gəlir mənbələrindən biri olan neft ixracını məhdudlaşdırır və ölkəyə daxil olan valyuta axınını azaldır.

Ekspertlərin fikrincə, ixrac gəlirlərinin azalması və ticarətin zəifləməsi fonunda İran iqtisadiyyatında böhranın daha da dərinləşməsi ehtimalı yüksəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki