Quba rayonunda bədbəxt hadisə baş verib. İlkin məlumata görə, 9-cu sinif şagirdi ov tüfəngi ilə özünü güllələyərək həyatına son qoyub.
Referans Media xəbər verir ki, hadisənin hansı şəraitdə baş verdiyi hələlik dəqiqləşdirilir. Məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırmanın nəticəsindən sonra məlum olacaq.
