Qusarda avtomobil kanala aşdı: 5 nəfər… – FOTOLAR/YENİLƏNİB

  Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (kişi cinsli) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Referans APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verib.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əziyi diaqnozları təyin olunub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.

1992-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki