Qusarda ustanı elektrik cərəyanı öldürdü

  Qusarda ustanı elektrik cərəyanı vuraraq öldürüb.

Referans.az   xəbər verir ki, Aşağı Ləyər kənd sakini, fərdi qaydada usta kimi fəaliyyət göstərən Səfərov Hacıverdi Akif oğlu fərdi yaşayış evinin həyətyani sahəsində mişar daşları ilə sanitar qovşaq divarının hörülməsi işini görərən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki