Hətta onun haqqında yazan bütün saytları, media mənsublarını məhkəməyə verəcəyini dedi. Yazanlara indi mən də qoşuldum. Buyurub, məhkəməyə versin. Jurnalistin məlumat əldə etmək hüququ var. Qarşı tərəf bundan yayınırsa, özü qanundankənar vəziyyətə düşür. O qədər Ramiz Mehdiyevin kölgəsində özünü böyük sanıb ki, indi də vacib adam olduğuna əmindir. Hələ mən çox məlumatı qeyd etmədim. Onları da başqa vaxta və ya məhkəməyə saxlayım.
