“Range Rover”in sürücüsü piyadanı vurub öldürdü

  Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə gecə 00:32 radələrində Mərdəkan şossesində qeydə alınıb.

Belə ki, 90-TK-444 dövlət qeydiyyat nişanlı “Range Rover”i idarə edən sürücü 1978-ci il təvəllüdlü Hüseynov Ramini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki