Rasim Balayev l Fəxri xiyabanda dəfn ediləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev I Fəxri xiyabanda dəfn ediləcək.

Referans Media xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Ülvi Balayev məlumat verib.

Onun sözlərinə görə, Rasim Balayevlə vida mərasimi sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Qeyd edək ki, R.Balayev Türkiyədə vəfat edib. Onun nəşi bu gün axşam saatlarında Azərbaycana gətiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki