“Real”ın baş məşqçi postuna sürpriz namizəd – Foto

“Real Madrid” baş məşqçi vəzifəsinə potensial namizədlər siyahısına Didye Deşamı da daxil edib

Referans Media xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mütəxəssis, əvvəllər də xəbər verildiyi kimi, bu yay baş tutacaq Dünya Kubokundan sonra Fransa millisindən ayrılacaq.

Madrid klubundan əlavə, Avropa və digər ölkələrdən bir neçə klub 57 yaşlı mütəxəssisin xidmətlərində maraqlıdır.

“Real Madrid”ə Xabi Alonsonun gedişindən sonra 12 yanvardan Alvaro Arbeloa rəhbərlik edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki