Regionda hava kəskin dəyişəcək: tarix verildi

  Oktyabrın 13-dən başlayaraq həftə ərzində Moskvada temperatur kəskin enəcək, güclü yağış olacaq.

Referans.az  xəbər verir ki, bu barədə  Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.

O bildirib ki, bazar ertəsindən başlayaraq havanın temperaturu 10 dərəcə Selsiyə yaxınlaşmayacaq.

 “Gündüz temperatur 5-8 dərəcə Selsi arasında dəyişəcək, bu da iqlim normasından aşağı olacaq. Gecələr havanın temperaturu 2-4 dərəcəyədək enəcək. Şaxtalar Mərkəzi Rusiyaya qayıda bilər”, – Vilfand xəbərdarlıq edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki