Rəngli paktetlər tarixə qovuşur — Dünyada mürəkkəb qıtlığı yaranıb

İran və İsrail arasındakı hərbi gərginlik qlobal bazarlarda gözlənilməz fəsadlara yol açmağa başlayıb. Neft qiymətlərinin kəskin artması və xammal çatışmazlığı qida sənayesini də çətin vəziyyətə salıb.

Referans Media xəbər verir ki, Yaponiyanın qəlyanaltı nəhəngi "Calbee" bəzi məhsullarının qablaşdırmasını ağ-qara rəngə keçirəcəyini elan edib. Buna səbəb Yaxın Şərqdəki müharibə fonunda çap mürəkkəbinin istehsalında istifadə olunan nafta maddəsinin tədarükündə yaranan ciddi böhrandır.

Şirkət mayın 25-dən etibarən kartof çipsi də daxil olmaqla 14 müxtəlif məhsulunu sadələşdirilmiş qablaşdırmada satışa çıxaracaq. Rəngli çap üçün lazım olan həlledici və qatranların tapılmaması istehsalçıları bu addımı atmağa məcbur edib.

Digər qida istehsalçıları da bənzər qərarlar qəbul etməyə hazırlaşır. "Itoham Yonekyu Holdings" rəhbəri Hiroyuki Urata bildirib ki, rəngli qablaşdırmaların gələcəyi artıq sual altındadır. Onun sözlərinə görə, xammal qıtlığı davam edərsə, mağaza rəflərindəki bütün məhsullar vizual görünüşünü dəyişərək daha sadə və rəngsiz formaya düşə bilər.demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki