“Azərbaycan” qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı, jurnalist Rəşad Baxşəliyev vəfat edib.
Referans Media xəbər verir ki, 48 yaşında həyatını itirən mərhum jurnalist bu gün dəfn olunacaq.
Jurnalistin ölümünə ürək tutmasının səbəb olduğu bildirilir.
Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər “Şərq” qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan “Azərbaycan” qəzetində davam etdirib. R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir neçə medalla təltif olunub.























