Rəsmilər Oqtay Şirəliyevlə vida mərasimində – FOTOLAR

  Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyevin Təzəpir məscidində vida mərasimi başlayıb.

Referans xəbər verir ki, vida mərasimində səhiyyə naziri Teymur Musayev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və ictimai-siyasi şəxslər iştirak edirlər.

Qeyd edək ki, O.Şirəliyev ötən gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

O bu gün Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki