image-zaturre-pnomoni-nedirbackend

Risk qrupundasınızsa diqqət! Səssiz başlayır

Ağciyərləri zədələyən ciddi infeksion xəstəliklərdən biri olan sətəlcəm (zatürrə) ilə bağlı mütəxəssislər xəbərdarlıq ediblər. Bildirilib ki, xəstəliyin vaxtında aşkarlanması və müalicəsi həyat üçün həlledici rol oynayır.

Referans Media xəbər verir ki, mövsüm dəyişiklikləri, immun sisteminin zəifləməsi və yuxarı tənəffüs yolu infeksiyalarının artması fonunda sətəlcəm hallarının sayı yüksəlib. Qaziantepdə də son dövrlər bir çox vətəndaş sətəlcəm şübhəsi ilə tibb müəssisələrinə müraciət edir.

Açıqlamada fikirlərinə yer verilən Döş Xəstəlikləri üzrə mütəxəssis Dr. Demet Çetin bildirib ki, sətəlcəm yüksək hərarət, öskürək, nəfəs darlığı, sinə ağrısı, halsızlıq və üşütmə kimi əlamətlərlə özünü göstərə bilər.

Mütəxəssis erkən diaqnoz və müalicənin vacibliyini vurğulayaraq qeyd edib ki, xüsusilə yaşlılar, uşaqlar, xroniki xəstəlikləri olan şəxslər və immun sistemi zəif olan insanlar risk qrupuna daxildir.

Həkim son vaxtlar sətəlcəm hallarının artmasının xəstəxanalarda sıxlığa səbəb olduğunu da diqqətə çatdırıb. O, vətəndaşlara xəstəliyin əlamətlərini yüngül qəbul etməməyi və şikayət yarandığı halda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib.

Mütəxəssis əlavə edib ki, mövsümə uyğun geyinmək, əl gigiyenasına riayət etmək, siqaretdən uzaq durmaq, izdihamlı məkanlarda maskadan istifadə etmək, həmçinin qrip və sətəlcəm əleyhinə peyvəndləri vaxtında vurdurmaq xəstəlikdən qorunmaq baxımından böyük əhəmiyyət daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki