Rolundan narkotikə görə uzaqlaşdırılmışdı – Bu serialda oynayacaq

“Kızılcık Şerbeti”ndən ayrılması ilə gündəmə gələn Doğukan Güngörün yeni layihəsi dəqiqləşib.

“Referans Media” “Cumhuriyet”ə istinadən xəbər verir ki, aktyor “Kanal D” ekranlarında yayımlanması planlaşdırılan “Haysiyet” serialı ilə razılığa gəlib.

Yeni mövsüm üçün hazırlıqları davam edən layihə diqqət çəkən işlərdən hesab olunur. Serialın əsas süjeti ailə bağları və emosional münasibətlər üzərində qurulacaq.

Qeyd edək ki, Doğukan Güngörün “Kızılcık Şerbeti”dən çıxarılmasına səbəbnarkotik testi analizlərinin müsbət nəticələnməsi idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki