Roma simvolu pullu olur: Trevi fəvvarəsinə giriş ödənişli olacaq

Su və heykəltəraşlıq vahəsi: Trevi Fəvvarəsi heykəltəraş Nikola Salvi tərəfindən hazırlanmış və 1762-ci ildə tamamlanan barokko möcüzəsidir.

Referans Media xəbər verir ki, fevralın 1-dən etibarən Roma Trevi Fəvvarəsinə giriş haqqı tətbiq edəcək. Həmin tarixdən turistlər İtaliyanın məşhur məkanına yaxınlaşmaq üçün 2 avro ödəməli olacaqlar. Hakimiyyət orqanları bu üsulla çoxsaylı ziyarətçi axınını tənzimləməyə ümid edir. Amma bu o demək deyil ki, fəvvarəyə ödənişsiz baxmaq mümkün olmayacaq. Məhdudiyyət yalnız yaxın məsafədən baxmaq istəyənlər üçün olacaq. Bunu Roma meri Roberto Qualtierinin qərarına əsasən Roma sakinləri bu ödənişdən azad olacaqlar. Mer bildirib: “1 fevraldan etibarən İtaliya paytaxtında Trevi Fəvvarəsi də daxil olmaqla altı məkana ödənişli giriş tətbiq edəcəyik”. Qalan beş məkana giriş 5 avroya başa gələcək: “Villa Maxentius”, Napoleon Muzeyi, “Barracco” Muzeyi, “Carlo Bilotti” Muzeyi və “Casa-Museo di Pietro Canonica”.

18-ci əsrdə tikilmiş fəvvarəni ziyarət etmək Romaya gələn bir çox turist üçün görməli yerlər siyahısında yüksək yer tutur. Fəvvarəyə sikkələr atmaq bir ənənəyə çevrilib. Bu tarixi məkandan hər həftə minlərlə avro toplanır. Əldə olunan pullar daha sonra “Caritas” xeyriyyə təşkilatına bağışlanır.

Qualtierinin məlumatına görə ötən iki ay ərzində fəvvarəyə tamaşa etmək üçün onun qarşısındakı meydana təxminən 9 milyon turist baş çəkib – gündə orta hesabla 30.000 nəfər.

Fəvvarənin ətrafındakı ərazi cibgirlər arasında da məşhurdur və Roma hakimiyyəti illərdir girişi tənzimləmək üçün müxtəlif yollar müzakirə edir. Merin sözlərinə görə Şəhər Şurası Trevi Fəvvarəsinə giriş üçün biletlərin ildə 6,5 milyon avro gəlir gətirə biləcəyini təxmin edir. Son illərdə digər mədəni və tarixi abidələr üçün də ödənişlər tətbiq edilib.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki