İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.
Referans Media xəbər verir ki, "Roma" səfərdə "Parma"nı dramatik şəkildə 3:2 hesabı ilə məğlub edib.
Donyell Malen 22-ci dəqiqədə vurduğu qolla "Roma"nı önə keçirsə də, ev sahibi komanda ikinci hissədə geri dönüş edib.
47-ci dəqiqədə Strefessa və 87-ci dəqiqədə Mandela Keitanın qolu ilə hesabda önə çıxıb. Matçın artıq bitdiyi düşünüldüyü anda Roma inanılmaz kambekə imza atıb.
Qonaq komanda 90+4-cü dəqiqədə Renç ilə hesabı bərabərləşdirib. 90+10-da penalti qazanıb. Bu epizodda "Parma"nın futbolçusu Sasça Britsçqi qırmızı vərəqə alıb.
90+11-ci dəqiqədə isə yenidən Donyell Malen penalti zərbəsini dəqiq yerinə yetirərək "Roma"nın möhtəşəm qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra "Roma" xalını 67-yə yüksəldərək Çempionlar Liqası uğrunda mübarizəni davam etdirib.
"Parma" isə 42 xalla yerində qalıb.
Parma – Roma 2:3
Qollar: Strefessa, 47. Keyta, 87 – Malen, 22; 90+11-pen. Renç, 90+4.
