Ronaldonun keçmiş sevgilisindən illər sonra şok etiraf: Mənə çox pul təklif etdilər

Kriştiano Ronaldonun keçmiş sevgilisi Gemma Atkinson illər sonra diqqət çəkən bir açıqlama verdi.

Referans Media xəbər verir ki, Atkinson, ayrıldıqdan sonra Ronaldo haqqında mənfi danışması üçün ona çoxlu pul təklif edildiyini, lakin bunu rədd etdiyini bildirib.

Atkinson: “Ayrıldığımızda məndən onun haqqında pis danışmağımı istədilər, çoxlu pul təklif etdilər. Amma rədd etdim, çünki onun haqqında söyləyəcək mənfi heç bir şeyim yox idi.”

Model və aparıcı, bu açıqlaması ilə ayrılıq sonrası fərziyyələrdən uzaq durduğunu vurğulayıb.

Atkinsonun etirafı, sosial mediada və mətbuatda geniş əks-səda doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki