Rövşən Rüstəmov onun vəzifəsini yüksəltdi

  Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov ADY-nin Baş Mühəndisi təyin olunub.

Referans.az   Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə QSC-nin sədri Rövşən Rüstəmov əmr imzalayıb.

Qeyd edək ki, 2012-ci ildə Prezidentin fərmanı ilə “Əməkdar mühəndis” adını alan Elyar Muradov 2004-2023-cü illərdə ADY-nin Sərnişin daşımaları departamentinin, ardınca isə Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsində çalışıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki