Müğənni Roza Zərgərli ABŞ-də ilk solo konserti ilə tamaşaçıların qarşısına çıxıb.
Referans Media xəbər verir ki, sənətçinin konsert proqramı Nyu-Yorkda baş tutub.
Gecə boyunca Roza Zərgərli repertuarındakı sevilən mahnıları səsləndirib.
Konsertdə izləyicilər üçün sürpriz məqam da yaşanıb. Müğənni ABŞ-də yaşayan azərbaycanlı ifaçı Elariz Məmmədoğlunu səhnəyə dəvət edib. Onların birgə çıxışı zalda alqışlarla qarşılanıb.(“Yeni Sabah”)























