ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə İranla razılığa gəlmək imkanlarını müzakirə ediblər.
Referans Media Axios-a istinadən xəbər verir ki, 9 mayda Florida ştatının Mayami şəhərində baş tutub. Axios qeyd edir ki, tərəflər müharibəyə son qoymaq üçün anlaşma memorandumuna gedən yol tapmağa diqqət yetiriblər. Mənbələrinə görə, ABŞ hələ də İrandan təklif etdiyi memorandum layihəsinə cavab almayıb.
Portalın mənbələrinə görə, Qətər, Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı "razılaşmanı irəli aparmaq üçün birgə çalışırlar". "Axios" xəbər verir ki, vasitəçilər hər iki tərəfi gərginliyi azaltmağa və razılığa gəlməyə diqqət yetirməyə çağırır. /Musavat.com
