Kremlin sözçüsü Dmitri Peskov ABŞ nümayəndələrinin Avropa və Ukrayna rəsmiləri ilə apardığı danışıqlar barədə Vaşinqton administrasiyası ilə təmaslara hazırlaşdıqlarını bildirib.
Referans Media bildirir ki, Peskov Moskvada jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb. ABŞ və Rusiya rəsmilərinin yaxın vaxtlarda Mayamidə görüş keçirəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Kremlin sözçüsü qeyd edib ki, ABŞ tərəfinin avropalılar və ukraynalılarla apardığı danışıqların nəticələri barədə məlumat almaq məqsədilə amerikalı həmkarları ilə müəyyən təmaslara hazırlıq gedir./Haber Global/
