Rusiya Bakı və İrəvanı itirir, tək qalıb – Zelenski

Rusiya mövqelərini təkcə döyüş meydanında itirmir. Onlar müxtəlif ölkələrə, Moldova da daxil olmaqla, Azərbaycan və Ermənistan kimi ölkələrə təsirlərini itirirlər.

Referans Media  Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Quardian” qəzetinə müsahibəsində deyib.

“Bundan başqa, Rusiya Avropa ölkələri, hətta ABŞ tərəfindən təcrid olundu. Həqiqətən də, Rusiya tək qaldı”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və Ermənistanda keçirilən parlament seçkiləri Ermənistanın müstəqilliyi üçün böyük uğur oldu:

“Əlbəttə ki, onlar Ukraynanı itirmək istəmir, çünki müstəqil və azad Ukrayna Rusiya üçün ən böyük və siyasi cəhətdən ən təhlükəli ölkədir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki