Rusiya və Belarus silahlı qüvvələri arasında “Zapad-2025” strateji təlimləri başa çatıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Birgə strateji təlimlər sentyabrın 12-də başlayıb. “Zapad-2025” təlimlərini NATO-nun üç üzvü – ABŞ, Türkiyə və Macarıstan da daxil olmaqla, 23 ölkənin nümayəndələri müşahidə ediblər ./Globalinfo.az
