Rusiya bu ölkədə 8 nüvə stansiyası tikəcək

  İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib ki, ölkəsi Rusiya ilə əməkdaşlıq çərçivəsində səkkiz atom elektrik stansiyasının tikintisini nəzərədn keçirir.

Referans.az  bu barədə “Mehr” agentliyinə istinadla xəbər verir.

İslam Respublikasının parlamentinin milli təhlükəsizlik komitəsinin rəsmi nümayəndəsi İbrahim Rezainin sözlərinə görə, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami ilə iclas keçirərək, ölkənin son nüvə nailiyyətləri və bununla bağlı inkişaf imkanları nəzərdən keçirilib.

Rusiyaya səfəri ilə bağlı Eslami deyib ki, İran və Rusiya səkkiz atom elektrik stansiyasının tikintisinə dair protokola malikdirlər. O, qeyd edib ki, artıq bir stansiya tikilib, iki stansiya isə tikilir. Onun sözlərinə görə, daha beş stansiya Hörmüzqan vilayətində inşa olunacaq. Səkkiz stansiyaların ümumi gücü 5000 meqavatt olması planlaşdırılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki