Rusiya bu qadağanın müddətini uzatdı

  Rusiya hakimiyyəti bütün bazar iştirakçıları üçün benzin ixracına qoyulmuş qadağanın müddətini uzadıb.

Referans  xəbər verir ki, bu barədə qərar baş nazirin müavini Aleksandr Novakın sədrliyi ilə daxili neft məhsulları bazarındakı vəziyyətlə bağlı qərargahın iclasında elan edilib.

Nazir Energetika Nazirliyinə yanacağın tədarükü və pərakəndə satış qiymətlərinin tarazlığının təmin edilməsi məqsədilə ölkədə neft bazarına nəzarət etməyi tapşırıb.

Qeyd edək ki, avqustun 12-də Sankt-Peterburq birjasında benzinin qiyməti yenidən artım tempinə qayıdıb. Bununla da Aİ-95 markalı benzinin bir ton üçün qiyməti 80 510 rubla çatıb və bu, yeni rekord kimi qeydə alınıb./Publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki