Rusiya, Çin və İran Hörmüz boğazında keçiriləcək birgə təlimlərə gəmilər göndəriblər.
Referans Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev “Arqumentı i Faktı” qəzetinə verdiyi müsahibədə bildirib.
“Rusiya, Çin və İranın gəmilərini göndərdiyi Hörmüz boğazında keçirilən “Dəniz Təhlükəsizlik Kəməri 2026″ təlimləri aktuallığını sübut edib”, – Patruşev deyib.
Təlimlərdə İran Hərbi Dəniz Qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK), eləcə də Çin və Rusiya donanmalarının gəmiləri iştirak edəcək.
“Təhlükəsizlik kəməri” dəniz təlimləri 2019-cu ildən bəri İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə keçirilir.
