Rusiya da TRIPP layihəsinə qoşulur

“Rusiyanın TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinə qoşulmasını absurd hesab edirəm. Çünki bu layihə Amerika-erməni işidir,  əgər proses çərçivəsində hansısa yolun açılmasından söhbət gedərsə, o zaman ayrıca təşəbbüs ola bilər”.

Referans Media  xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Simonyan Rusiyaya səfəri çərçivəsində bu ölkənin TRIPP-ə qoşulması ehtimalının müzakirə olunub-olunmayacağı ilə bağlı sualı cavablandırıb.

“Bu, layihənin tezliklə həyata keçirilməsini əngəlləmək üçün mümkün olan hər şeyi etmək demək olardı”.

Qeyd edək ki, Alen Simonyan 5-6 fevral tarixlərində Moskvaya səfər edəcək./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki