Rusiya Dnepri ballistik raketlə vurdu: Ölən və yaralananlar var

Rusiya qoşunları Dnepr şəhərinə raket zərbəsi endirib.

Referans Media  xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət şurasının rəhbəri Nikolay Lukaşuk məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 3 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Yaralananlardan 12-si xəstəxanaya yerləşdirilib, onlardan 6-nın vəziyyəti ağırdır.

“Suspilne” nəşri bildirir ki, hücum nəticəsində texniki xidmət stansiyası və bir müəssisə zədələnib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki