Rusiya: Döyüşlərin dayandırılması üçün Ukrayna hərbçiləri Donbasdan çıxmalıdır

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynada döyüşlərin dayandırılması üçün Ukrayna Silahlı Qüvvələri Donbas bölgəsindən geri çəkilməlidir. Onun sözlərinə görə, Rusiya qarşıya qoyduğu məqsədlərə çatdıqdan sonra hərbi əməliyyatları başa çatdırmağı planlaşdırır.

“Referans MEDİA” xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna böhranının həlli prosesinə toxunub. O, dünən ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutduğunu xatırladaraq, liderlərin Ukraynada Milad münasibətilə atəşkəsin elan edilməsi ehtimalını müzakirə etmədiklərini qeyd edib.

Kremlin sözçüsü Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Floridada keçirilən görüşün nəticələri barədə məlumatlarının olmadığını bildirib. Bu məsələnin Tramp və Putin arasında planlaşdırılan növbəti telefon danışığında aydınlaşacağını deyən Peskov, görüşün yaxın vaxtlarda baş tutacağını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki