Bu gün Rusiyanın İl-76 yük təyyarələri müntəzəm olaraq İranın Kərəc şəhərinə uçuşlar həyata keçirib.
Referans Media Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı beynəlxalq “FlightRadar24” platforması məlumat yayıb.
Bildirilib ki, bu uçuşlar vasitəsilə Rusiyanın İrana hücum helikopterləri və digər hərbi avadanlıqlar tədarük etdiyi ehtimal olunur.
