Rusiya İsrailin Livana qarşı əməliyyatlarını sərt şəkildə pislədi

Rusiya İsrailin Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatları kəskin şəkildə qınayaraq İsrail qoşunlarının Livan ərazisindən dərhal çıxarılmasını tələb edib.

Referans MEDİA
bildirir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, Moskva Livanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə sadiq qalır.

"Biz İsrailin təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyirik, Livanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Həmçinin İsrail qoşunlarının Livan torpaqlarından dərhal çıxarılmasını tələb edirik. Bu olmadan həqiqi atəşkəsin əldə olunması mümkün deyil", – deyə Nebenzya vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki