Rusiya ordusu sərnişin qatarına zərbə endirdi – VİDEO

  Rusiya silahlı qüvvələri Ukraynanın Sumı vilayətinin Şostka rayonunda dəmiryol stansiyasına zərbə endirib.

Referans oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Qriqorov Ukrayna İctimai Televiziyasına məlumat verib.

Məlumata görə, Şostka-Kiyev sərnişin qatarı zərbəyə tuş gəlib.

Hücum nəticəsində 30-a yaxın insan yaralanıb, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki