Rusiya səfirliyi yenə hədəfdə: nə baş verir?

  Rusiyanın İsveçdəki səfirliyinin binası pilotsuz uçuş aparatı (PUA) vasitəsilə növbəti hücuma məruz qalıb.

Referans.az  xəbər verir ki, gadisə ilə bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

“Sentyabrın 7-də səhər tezdən Rusiyanın İsveçdəki səfirliyinə pilotsuz uçan aparatdan istifadə etməklə növbəti hücum edilib və oradan diplomatik nümayəndəliyin ərazisinə boya olan plastik torba atılıb”, – deyə bildirilib.

 Oxşar hadisə iyulun 5-də də baş verib. İsveçdəki Rusiya Ticarət Nümayəndəliyinin ərazisinə pilotsuz uçan aparatdan boya paketi atılıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki